İslam əleyhdarı olan yazar Laars Hedeqarı öldürməyə cəhd edən şübhəli şəxsin Türkiyədə həbs edilməsinə baxmayaraq sərbəst buraxılmasına reaksiyalar hələ də davam edir…
İslam əleyhdarı olan yazar Laars Hedeqarı öldürməyə cəhd edən şübhəli şəxsin Türkiyədə həbs edilməsinə baxmayaraq sərbəst buraxılmasına reaksiyalar hələ də davam edir. Modern.az Türkiyə KİV-nə istinadən xəbər verir ki, Danimarkalı siyasətçilər Türkiyə ilə əlaqələrin dondurulmasını istəyiblər. Danimarkanın xarici işlər naziri Martin Lideqard Türkiyəyə nota verildiyini bildirib.
Danimarka Xalq Partiyasının xarici siyasət sözçüsü Soruşan Espersen “NATO-da müttəfiq olduğumuz bir ölkə necə belə hərəkət edə bilər. Türkiyə NATO-da atılmalı və Avropa Birliyinə (AB)girmə şansı əlindən alınmalıdır” deyib.
/Modern.az/