Davudoğludan Azərbaycana mesaj: Ürəyimiz ağrıyır…

“Türkiyənin ətrafında 7-8 ölkə idarə edilməz vəziyyətdədir”…

“Türkiyənin ətrafında 7-8 ölkə idarə edilməz vəziyyətdədir”.

Türkiyənin baş naziri Əhməd Davudoğlu son günlər Kobani ətrafında baş verən hadisələrə görə AKP iqtidarını tənqid edənlərə cavab verib. 

Oxu.Az azvision.az-a istinadən xəbər verir ki, Davudoğlu Türkiyənin Kobaniyə daxil olmasını istəyənlərə Azərbaycan-Ermənistan sərhədində yaşananları nümunə göstərib.

“Türkiyə qoşunu Kobaniye girsin deyə təkid edirlər. Biz bu kimi təkliflərin fərqindəyik. Diqqət edin, Türkiyənin ətrafında 7-8 ölkə idarə edilməz vəziyyətdədir. Azərbaycan-Ermənistan sərhədində baş verən atışmalarda ürəyimiz sızıldayır. Yaxın Şərq qan gölünə çevrildi. Həzrəti Hüseyn necə yolundan dönməyibsə bizlərdə yolumuzdan və əldalət naminə mübarizədən geri dönməyəcəyik”.

www.oxu.az