Donetsk və Luqansk vilayətlərinin xüsusi statusu nəzərdən keçiriləcək

“Protokol Ukraynanın müstəqilliyinin bərpa və qorunmasını nəzərdə tutur”…

“Protokol Ukraynanın müstəqilliyinin bərpa və qorunmasını nəzərdə tutur”.
Gələn həftə Ukrayna parlamenti Donetsk və Luqansk vilayətlərinin xüsusi statusuna dair qanun layihəsini nəzərdən keçirəcək, bunu ölkə prezidenti Petr Poroşenko bildirib.
“Mən adıçəkilən qanunu dəstəkləməyi xahiş edirəm. Və xahiş edərdim ki, sülh prosesinə xələl gətirməyəsiz. Biz, Qanun layihəsində Donetsk və Luqansk vilayətlərinin ayrı-ayrı rayonlarının yerli özünüidarəsini Ukraynanın tərkibində nəzərdə tutmuşuq. Minsk protokolunda heç bir LXR və DXR adı çəkilmir”, – Poroşenko qeyd edib.
Oxu.Az BBC-yə istinadən xəbər verir ki, prezident dəfələrlə xatırladıb ki, sentyabrın 5-də Minsk razılaşmaları “heç bir ayrıseçkiliyi” nəzərdə tutmur.
“Protokol bütün Donbas ərazisində, o cümlədən də hal-hazırda yaraqlıların nəzarət etdikləri ərazilərdə Ukraynanın müstəqilliyinin bərpa və qorunmasını nəzərdə tutur. Bu ərazi də Ukraynanın hüquqi sahəsinə qaytarılacaq”, – dövlət başçısı qeyd edib.
Eyni zamanda baş nazirin qeyd etdiyi kimi qondarma Donetsk Respublikasının prezidenti Andrey Purgin, bəyan edib ki, DXR hökuməti Kiyevlə danışıqlarda öz müstəqillikləri mövqeyindən çıxış edəcəklər.
“Ukrayna tərəfindən hər hansı bir qanunun qəbul edilməsi, Ukraynanın daxili işidir, və heç bir halda DXR-yə aidiyyatı yoxdur. Biz, Ukrayna ilə mehriban qonşuluq münasibətlərinə ümid edən müstəqil dövlətik”, – RİA Novosti Purginin sözlərindən sitat gətirib.
Hal-hazırda münaqişə tərəfləri arasında atəşkəs çərçivəsində əsirlərin dəyişdirilməsi davam edir.
www.oxu.az