Fasilələrin yaranması təmir-quraşdırma işlərinin aparılması ilə əlaqədardır…
Fasilələrin yaranması təmir-quraşdırma işlərinin aparılması ilə əlaqədardır.
Bir neçə rayonun təbii qaz təchizatında məhdudiyyətlər olacaq.
Oxu.Az xəbər verir ki, “Azəriqaz” İB-nin İctimaiyyətlə əlaqələr şöbəsindən verilən məlumata görə, bu gün saat 11:00-dan 15:00-dək Qaradağ rayonunun bir hissəsinə, saat 11:00-dan 16:00-dək Xəzər rayonunun bir hissəsinə, saat 16:00-dan 18:00-dək Şirvan şəhərinin bir hissəsinə, işlər başa çatanadək isə Goranboy rayonunun bir hissəsinə təbii qazın verilişində fasilələr yaranacaq.
Fasilələrin yaranması qaz nəqli sistemində və qaz şəbəkəsində təmir-quraşdırma işlərinin aparılması ilə əlaqədardır.