Dövlət büdcəsinin gəlirləri ÜDM-in 30%-i təşkil edəcək

Nazirlər Kabineti gələn il üçün dövlət büdcəsinə dair qanun layihəsi üzərində iş aparır…

Nazirlər Kabineti gələn il üçün dövlət büdcəsinə dair qanun layihəsi üzərində iş aparır.

Azərbaycan Nazirlər Kabineti 2015-ci il dövlət büdcəsinə dair qanun layihəsi və onunla bağlı qanunlar üzərində fəal iş aparır.

Oxu.Az Fineko/abc.az-a istinadən xəbər verir ki, Nazirlər Kabinetində bildirildiyi kimi hazırlanan qanun layihəsi yetərincə dayanıqlı dövlət büdcəsi nəzərdə tutur.

“Artıq bu həftə qanun layihəsi üzərində işi bitirib Azərbaycan prezidenti administrasiyasının baxışına təqdim etməyi planlayırıq. Bizim fikrimizcə, qanun layihəsinin əsasına qoyulan dövlət büdcəsinin genişləndirilməsi ÜDM-in inkişafına güclü və adekvat təkan olacaq”, – Nazirlər Kabinetində bildiriblər.

Maliyyə nazirliyinin qanun layihəsini vaxtında təqdim etməsi xüsusi vurğulanıb.

“Sentyabr ayının 15-də layihə artıq bizə baxışa təqdim edilmişdi”, – Nazirlər Kabinetində qeyd ediblər.

Gələn il üçün ölkədə 6% iqtisadi inkişaf proqnozlaşdırılıb, bu isə dövlət büdcəsini 5% artırmağa imkan verəcək. Dövlət büdcəsinin glirləri 30% ÜDM təşkil edəcək, bu isə 2015-ci ildə 62,9 milyard səviyyəsində olacağı gözlənilir.

Başqa sözlə, büdcənin gəlir hissəsi bu gün üçün 18,87 milyard manat səviyyəsində dəyərləndirilir.

www.oxu.az