ABŞ Dağlıq Qarabağ münaqişəsinin tərəfləri ilə iş prinsiplərinə möhkəm sadiqdir. Trend-in məlumatına görə, bu barədə ABŞ Dövlət Departamentinin rəsmi nümayəndəsi Viktoriya Nuland brifinqdə bildirib. “Ermənistanla Azərbaycan arasındakı müharibədə insanların faciəli ölümü bizə Dağlıq Qarabağ münaqişəsinin hərbi yolla həllinin qeyri-mümkün olduğunu xatırladır…
ABŞ Dağlıq Qarabağ münaqişəsinin tərəfləri ilə iş prinsiplərinə möhkəm sadiqdir. Trend-in məlumatına görə, bu barədə ABŞ Dövlət Departamentinin rəsmi nümayəndəsi Viktoriya Nuland brifinqdə bildirib. “Ermənistanla Azərbaycan arasındakı müharibədə insanların faciəli ölümü bizə Dağlıq Qarabağ münaqişəsinin hərbi yolla həllinin qeyri-mümkün olduğunu xatırladır. Yalnız möhkəm sülh və münaqişənin nizamlanması regionda stabilliyə, çiçəklənməyə və barışa gətirib çıxara bilər “, – Nuland deyib.
Onun sözlərinə görə, ABŞ ATƏT-in Minsk qrupunun həmsədri kimi bu istiqamətdə tərəflərlə iş prinsipinə əvvəlki kimi sadiqdir.
/Trend/