Sammitində 60-dan çox ölkə lideri və nazirləri iştirak edəcək…
Sammitində 60-dan çox ölkə lideri və nazirləri iştirak edəcək.
Gələn ay Uelsdə keçiriləcək NATO sammitində Rusiya iştirak etməyəcək.
Oxu.Az Axar.az-a istinadən xəbər verir ki, “Kommersant” qəzetinin yaydığı məlumatda Rusiyanın zirvə görüşünə dəvət edilməyəcəyi bildirilib.
4-5 sentyabr tarixlərində reallaşacaq sammitdə Rusiya-Ukrayna böhranı və bu iki ölkənin NATO ilə əlaqələri müzakirə ediləcək.
Danışıqlarda Ukraynanı prezident Pyotr Poroşenko təmsil edəcək. Rəsmi Moskva isə Ukrayna böhranı ilə bağlı onsuz da NATO-dan dəvət gözləmədiklərini vurğulayıb.
Qeyd edək ki, NATO-nun Uels sammitində 60-dan çox ölkə lideri və nazirləri iştirak edəcək.