Dünya liderlərinin iştirak edəcəyi sammitə Rusiya çağırılmadı

Sammitində 60-dan çox ölkə lideri və nazirləri iştirak edəcək…

Sammitində 60-dan çox ölkə lideri və nazirləri iştirak edəcək.

Gələn ay Uelsdə keçiriləcək NATO sammitində Rusiya iştirak etməyəcək.

Oxu.Az Axar.az-a istinadən xəbər verir ki, “Kommersant” qəzetinin yaydığı məlumatda Rusiyanın zirvə görüşünə dəvət edilməyəcəyi bildirilib.

4-5 sentyabr tarixlərində reallaşacaq sammitdə Rusiya-Ukrayna böhranı və bu iki ölkənin NATO ilə əlaqələri müzakirə ediləcək.

Danışıqlarda Ukraynanı prezident Pyotr Poroşenko təmsil edəcək. Rəsmi Moskva isə Ukrayna böhranı ilə bağlı onsuz da NATO-dan dəvət gözləmədiklərini vurğulayıb.

Qeyd edək ki, NATO-nun Uels sammitində 60-dan çox ölkə lideri və nazirləri iştirak edəcək.

www.oxu.az