Dünya QİÇS-dən xilas ola bilər

Sınaqların da birinci mərhələsi uğurlu keçib…

Sınaqların da birinci mərhələsi uğurlu keçib.

QİÇS-ə qarşı vaksinin istehsal olunmasına iki ildən artıq vaxt sərf edilib. 

Oxu.Az ANS PRESS-ə istinadən məlumatına görə, heyvanlar üzərində keçirilən sınaqlar uğurlu keçib.

 Bu sınaqların ardınca alimlər vaksinin könüllü insanlar üzərində təcrübədən keçirilməsinə də müsbət rəy alıblar. Bu sınaqların da birinci mərhələsi uğurlu keçib.

İndi isə alimlər ikinci mərhələyə hazırlaşırlar. Bu mərhələdə alimlər müəyyənləşdirməlidirlər ki, bu vaksin artıq virusa yoluxmuş insanları müalicə edə biləcəkmi – vaksinin təsiri ilə qanda istehsal olunan anticisimlər qorxunc virusu neytrallaşdıra biləcəkmi. Sınaqların ikinci məqsədi sağlam insanları bu virusa yoluxmaqdan qorumaqdır. 

Qeyd edək ki, bu vaksin Rusiyada sınaqların ikinci mərhələsinə qədər gətirilə bilən ilk vaksindir. “Vektor” Novosibirsk virusologiya və biotexnologiya mərkəzinin nümayəndəsi bildirb ki, vaksin rekombinant zülal və tərkibində immunçatışmazlığı virusunun antigenləri olan DNK hissəciklərindən ibarətdir.

www.oxu.az