ABŞ prezidenti Barak Obamanı 2-ci pillədə yerləşdirilib…
ABŞ prezidenti Barak Obamanı 2-ci pillədə yerləşdirilib.
ABŞ-ın nüfuzlu “Forbes” jurnalı dünyanın ən nüfuzlu 100 adamından ibarət illik reytinq cədvəlini açıqlayıb.
Oxu.Az Modern.az-a istinadən xəbər verir ki, jurnalın bu ilki reytinqinə 2013-cü ildə olduğu kimi, yenə də Rusiya prezidenti Vadimir Putin başçılıq edir.
Jurnal ən nüfuzlu insanların siyahısında ABŞ prezidenti Barak Obamanı 2-ci, Çin Xalq Respublikasının sədri Si Çzinpini isə 3-cü pillədə yerləşdirib.
“Forbes” jurnalı Vladimir Putini “Rus hökmdarı” adlandıraraq, onun Krımı ölkəsinə birləşdirməsini, Ukrayna ilə qısamüddətli müharibəni və Çinlə 70 milyard dollarlıq qaz sazişi imzalanmasını onun “2014-cü ilin adamı” elan etməyə əsas verdiyini yazıb.
Siyahıda Roma Papası I Fransisk 4-cü, Almaniya kansleri Angela Merkel 5-ci, Amerika Federal Rezerv Bankının rəhbəri Canet Yellen 6-cı, dünyanın ən zəngin insanı Bill Geyts 7-ci, Avropa Mərkəzi Bankının sədri Mario Draqi 8-ci, “Google”un yaradıcıları Larri Peys və Sergey Brin 9-cü və Böyük Britaniyanın baş naziri Devid Kemeron isə 10-cu pillədə qərarlaşıb.
Facebook-un yaradıcısı Mark Zukerberq isə dünaynın ən nüfuzlu 11-ci adamı seçilib.