Azərbaycanın Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyası azərbaycanlı çavuşun Ermənistan hərbiçilərinə əsir düşməsi faktını təsdiqləyib.
Dövlət Komissiyasının katibi Şahin Sayılov çərşənbə günü Trend-ə bildirib ki, 1990-cı il təvəllüdlü, Tərtər rayonu ərazisindəki dislokasiya olunmuş N saylı hərbi hissənin kiçik çavuşu Axundzadə Məmmədbağır Talıb oğlu erməni hərbiçilərə əsir düşüb.
Sayılovun sözlərinə görə, onun könüllü əsir düşməsi və ya əsir götürülməsi barədə dəqiq məlumat yoxdur, hazırda araşdırma aparılır… Trend.