j
“Biz sadəcə mövcud qanunların icrası ilə məşğuluq”…
“Biz sadəcə mövcud qanunların icrası ilə məşğuluq”.
Milli Məclisin sonuncu toplantısında bir çox millət vəkili radar problemindən şikayətlənib.
Oxu.Az Avtosfer.az-a istinadən xəbər verir ki, millət vəkillərinin sözlərinə görə, avtomobillərin tez-tez radarlara düşməsi ciddi məbləğdə cərimələrin toplanmasına səbəb olur ki, bəzən bu cərimənin miqdarı 100-1000 manat arasında dəyişir. Maraqlıdır, millət vəkillərinin radarlarla bağlı narazılığı radarlar və onların tətbiqi ilə bağlı məsələnin yenidən tənzimlənməsinə, bu istiqamətdə hansısa yeniliyin tətbiqinə səbəb ola bilərmi?
Bununla bağlı açıqlama verən Baş Dövlət Yol Polis İdarəsinin mətbuat xidmətinin rəhbəri Kamran Əliyev DYP əməkdaşları olaraq sadəcə mövcud qanunların icrasını həyata keçirdiklərini bildirdi:
“Biz sadəcə mövcud qanunların icrası ilə məşğuluq. Parlament qanunverici orqandır. Qanunverici orqan hansı qanun verərsə, qanunda hansı dəyişikliyi həyata keçirərsə, ona uyğun da icranı həyata keçirərik. Biz ancaq bunu edə bilərik. Amma parlamentdə aparılan müzakirələrlə bağlı başqa hər hansı fikir bildirə bilmərəm”.