“Cərimə ballarının artırılması məsuliyyətsiz sürücülərin işinə kömək edəcək”…
“Cərimə ballarının artırılması məsuliyyətsiz sürücülərin işinə kömək edəcək”.
Bal sistemi tamamilə ləğv olunmayacaq. Sadəcə 12 baldan 20 bala qaldırılması gözlənilir. Bu barədə qanun layihəsi Milli Məclisin gündəliyinə salınıb.
Oxu.Az SalamNews-a istinadən xəbər verir ki, bunu Bakı şəhər Dövlət Yol Polisi İdarəsinin (BŞDYPİ) İctimai qurumlarla əlaqə bölməsinin rəisi, polis polkovnik-leytenantı Vaqif Əsədov mətbuat konfransında bildirib.
O deyib ki, bal sistemində cərimə ballarının artırılması məsuliyyətsiz sürücülərin işinə kömək edəcək. Ancaq cərimə ballarının qaldırılması ilə bağlı bəzi sistemlərə dəyişiklik edilməsi gözlənilir. Məsələn, qırmızı işıqdan keçmək əvvəl 3 bal idisə, indi 5 bal olacaq. Ona görə sürücülər bir az səbirli olsalar daha yaxşı olar.