Eldar Quliyev: “Bu qanun layihəsi kənd təssərüfatının inkişafına müsbət təsir edəcək”

“Milli Məclisin payız sessiyasının gündəliyinə salınmış “Kooperasiya haqqında”  qanun layihəsində əsasən sahibkarların hüquqlarının qorunması və qanun tərəfindən tənzimlənməsi məsələləri əks olunacaq”…

“Milli Məclisin payız sessiyasının gündəliyinə salınmış “Kooperasiya haqqında”  qanun layihəsində əsasən sahibkarların hüquqlarının qorunması və qanun tərəfindən tənzimlənməsi məsələləri əks olunacaq”.

Bunu Modern.az-a Milli Məclisin Aqrar siyasət komitəsinin sədr müavini Eldar Quliyev deyib.

E. Quliyev ölkə Prezident İlham Əliyevin kənd təsərrüfatının inkişafına mühüm təsir edəcək sərəncam və fərmanlarını xatırladaraq son dövrlərdə Kənd Təsərrüftı Nazirliyində baş verən dəyişikliklərə də diqqət çəkib.

“Kənd Təsərrüfatı Nazirliyində toxumçuluğun inkişafı üçün şöbə yaradılması, baytarlıq sahasinin yenidən təşkil olunması və icra strukturunda yeniliklər edilməsi, Heydər Əsədovun bu quruma rəhbər təyin edilməsi göstərir ki, bu gün kənd təsərrüfatının inkişafına yönəlik ciddi addımlar atılır”

Sahibkarlıqla bağlı məsələlərdə əvvələr boşluq olduğunu qeyd edən millət vəkili uzun müddətdir ki, “Kooperasiya haqqında” qanun layihəsinin müzakirə olunduğunu bildirib.Bu sənəd bilavasitə aqrar sahə ilə məşğul olan kənd əhalisinin öz hüquqlarını bilmələri üçün çox vacibdir”.<p “>

E. Quliyevin sözlərinə görə, bu qanun layihəsi müzakirə olunması üçün Milli Məclisə təqdim olunub və  payız sessiyasında məsələyə baxılması təsdiqlənib.<p “>

“Qanun layihəsi ilk oxunuşdan keçib. Layihənin büdcəsi yaxın vaxtlarda hazırlanacaq. Yəqin ki, noyabrın əvvələrindən büdcə Milli Məclisin komitə iclaslarında müzakirəyə çıxarılacaq”.

Millət vəkili layihənin ümumilikdə kənd təssərüfatının inkişafında müsbət təsiri olacağını vurğulayıb.

 

/Modern.az/