Azərbaycanın Fələstinlə bağlı mövqeyi məlumdur – Azərbaycan Fələstin xalqını tamamilə dəstəkləyir…
Azərbaycanın Fələstinlə bağlı mövqeyi məlumdur – Azərbaycan Fələstin xalqını tamamilə dəstəkləyir.
Trend xəbər verir ki, bu barədə Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov çərşənbə günü Bakıda rəsmi səfərdə olan fələstinli həmkarı Riyad əl-Maliki ilə danışıqlardan sonra mətbuat konfransında deyib.
Onun sözlərinə görə, Azərbaycan Fələstin hökumətinə humanitar yardımı davam etdirir.
E.Məmmədyarov bildirib ki, həmçinin tərəflər təhsil sahəsində əməkdaşlığı inkişaf etdirmək barədə razılığa gəliblər: “Fələstin vətəndaşları artıq Azərbaycanın universitetlərində təhsil alırlar “.
R.Malikinin səfəri çərçivəsində danışıqların yekunu üzrə iki ölkənin xarici işlər nazirləri XİN-lər arasında məsləhətləşmələr üzrə qarşılıqlı anlaşma memorandumu imzalayıblar.
/Trend/