
BMT Baş Assambleyasının ABŞ-ın Nyu-York şəhərində keçiriləcək 74-cü sessiyasında Azərbaycanı xarici işlər naziri Elmar Məmmədyarov təmsil edəcək.
APA-nın BMT-nin saytına istinadən verdiyi məlumata görə, nazirin sentyabrın 28-da çıxışı da nəzərdə tutulur.
Qeyd edək ki, BMT-nin 74-cü sessiyası sentyabrın 17-də başlayacaq. Əsas müzakirələr isə sentyabrın 25-dən etibarən keçiriləcək. Əsas müzakirələrin ilk günündə BMT Baş katibinin, ABŞ, İran, Türkiyə, Fransa prezidentlərinin və digər şəxslərin çıxışı nəzərdə tutulub.
APA