Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov martın 10-da Fransanın paytaxtı Parisdə ATƏT-in Minsk qrupunun həmsədrləri ilə görüşəcək…
Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov martın 10-da Fransanın paytaxtı Parisdə ATƏT-in Minsk qrupunun həmsədrləri ilə görüşəcək.
Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Trend-ə deyib ki, E.Məmmədyarov həmsədrlərlə Dağlıq Qarabağ münaqişəsinin nizamlanması üzrə aparılan danışıqların gedişini müzakirə edəcək.
Xatırladaq ki, Minsk qrupunun həmsədrləri martın 3-də Parisdə Ermənistanın XİN rəhbəri Edvard Nalbandyanla danışıqlar aparıblar.
/trend/