Armenuşu müdafiə etmək üçün azərbaycanlı vəkillər də tapılıb…
Armenuşu müdafiə etmək üçün azərbaycanlı vəkillər də tapılıb.
Rusiya vətəndaşı Gülnarə Sabir qızı Həşimova Azərbaycanın 2 saylı İnzibati İqtisad Məhkəməsinə müraciət edib.
Oxu.Az xəbər verir ki, Publika.az-ın əldə etdiyi məlumata görə, G.Həşimovanın müraciətinə səbəb keçmiş həyat yoldaşından rəsmi nikahda olduğu müddətdə yaşadıqları evdən pay istəməyidir.
Ancaq məlum olub ki, Rusiya vətəndaşı olan bu şəxs milliyyətcə erməni imiş.
Belə ki, əsl adı Marqayan Armenuş Martirosovna olan qadın Eçmiyədzin şəhərində doğulub və sonradan Bakıya köçüb.
1975-ci ilin aprel ayının 3-də isə azərbaycanlıyla ailə həyatı qurub. “20 Yanvar” hadisələrindən sonra ailə dağılıb. Bundan sonra Armenuş 1992-ci ilin iyul ayında Bakı şəhəri Xətai rayon VVAQ şöbəsində naməlum şəkildə adını dəyişməyə müvəffəq olub.
Məsələnin qəribə tərəfi odur ki, Armenuş Gülnarə olana kimi soyadı Həşimova, atasının adı isə Sabir imiş. Bunu Armenuşun adını dəyişdirdiyi sənədlər deyir.
Armenuş indi Rusiya vətəndaşıdı, Rostov şəhərində yaşayır. Amma sənədlərdə adı Həşimova Gülnarə Sabir qızıdı. İndi Armenuş Rusiyada yaşaya-yaşaya keçmiş əriylə ev davası döyür. Məhkəmələrə müraciət edir. Hətta Armenuşu müdafiə etmək üçün azərbaycanlı vəkillər də tapılıb.
Amma buna rəğmən, iki saylı İnzibati İqtisad Məhkəməsi onun tələbini rədd edib.