Yaralanan Noraşen kənd sakini 42 yaşlı leytenant rütbəli zabitdir…
Yaralanan Noraşen kənd sakini 42 yaşlı leytenant rütbəli zabitdir.
Bu gün Ermənistanın Tavuş ərazisində mina partlayışı nəticəsində bir erməni zabiti yaralanıb.
Oxu.Az ANS PRESS-ə istinadən xəbər verir ki, yaralanan Noraşen kənd sakini 42 yaşlı leytenant rütbəli zabitdir. Onun vəziyəti ağır qiymətləndirilir.
Qeyd edək, son bir neçə gün ərzində bu artıq Tavuş ərazisində minada partlama ilə bağlı ikinci hadisədir. Avqustun 28-də partlayışda 4 erməni zabiti yaralanmışdı.
Tavuş ərazisi Ermənistanın şimal-şərqində yerləşir və Azərbaycanla həmsərhəddir.