Ermənilər kiber-ordu yaradırlar

“Qabaqcıl dünya təcrübəsini nümunə götürmək qərara alınıb”…

“Qabaqcıl dünya təcrübəsini nümunə götürmək qərara alınıb”.

Ermənistanın silahlı qüvvələrində kiber-qoşunlar yaradılacaq, Oxu.AzNovosti-Qruziya-ya istinadən xəbər verir.

“Ermənistan Müdafiə Nazirliyi ordunun kiber-təhlükəsizliyini təmin edən müasir bölüklərin yaradılmasının labüdlüyünü nəzərə alaraq, qabaqcıl dünya təcrübəsini nümunə götürməyi qərara alıb”, – nəşr yazıb.

Müdafiə Nazirliyinin müvafiq idarəsi İrəvan riyazi maşınları zavodu “Müəssisələr inkubatoru” fondu ilə bərabər yaxın günlərdə silahlı qüvvələrin informasiya təhlükəsizliyini təmin etmək üçün müasir bölük – çağırışa qədər yaşda olan gənclər üçün tədris mərkəzi yaradacaqlar.

Proqramın yerinə yetirilməsi nəticəsində, müvafiq silahlı qüvvələrin sıralarında informasiya texnologiyaları sahəsi üzrə kvalifikasiyaya malik və yüksək səviyyəli mütəxəssislər olacaq.

 

www.oxu.az