Ermənilər Qarabağla bağlı şokda – Erməni parlamenti təcili toplanır

Ermənistanın hakim partiyasının deputatı Lernik Aleksiyan son zamanlar Azərbaycan hərbiçilərinin cəbhə xəttində aktivliyindən narahatlığını bildirib və jurnalistlərə açıqlama verərək parlamentdə bununla bağlı dinləmələr keçirilməsinin vacibliyini bildirib…

Ermənistanın hakim partiyasının deputatı Lernik Aleksiyan son zamanlar Azərbaycan hərbiçilərinin cəbhə xəttində aktivliyindən narahatlığını bildirib və jurnalistlərə açıqlama verərək parlamentdə bununla bağlı dinləmələr keçirilməsinin vacibliyini bildirib. 
Avropa.info  xəbər verir ki, deputat  Rusiyanın   Azərbaycan -Ermənistan münaqişəsində  əvvəldən tutduğu mövqeyim dəyişməyəcəyinə  inandığını deyib. Aleksiyan Azərbaycan ordusunun son zamanlar təkcə Qarabağ istiqamətində deyil, Naçıvan ərazisindən də erməniləri  gərginlik altında saxladığını bildirib:
“Mənim yadıma gəlmir ki,  nə vaxtsa Naxçıvandan  olan Azərbaycan ordu birləşmələri bu qədər aktivlik göstərsin. Nəzərə alsaq ki, Naxçıvanla Qarabağın heç bir əlaqəsi yoxdur,  Ermənistan və Azərbaycan tərəfinin problemi isə Qarabağdı, burdan belə nəticəyə gəlmək olar ki, rəsmi  Bakı  istənilən vaxt Naxçıvan ərazisində Ermənistana qarşı 2-ci cəbhəni aça bilər.” 
Qeyd edək ki, 5 iyun tarixində Naxçıvanda olan Azərbaycan milli ordusunun snayperinin açdığı atəş nəticəsində 2 erməni əsgəri , Andranik Eqokyan və Boris Qsparyan öldürülüb.
Qeyd edək ki, Azərbaycan prezidenti İlham Əliyev  çıxışlarının  birində  Qarabağın boşaldılması üçün erməni tərəfinə bir ay vaxt  verdiyini  açıqlayıb.
/Bizim.yol/