“Ancaq bizim XİN susur və bu, çox müəmmalıdır”…
“Ancaq bizim XİN susur və bu, çox müəmmalıdır”.
Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Sergey Lavrovun Bakıya səfəri ilə bağlı verdiyi açıqlamada Azərbaycanı Moskvanın strateji partnyoru adlandırması Ermənistanda böyük narahatlıq və qalmaqal yaradıb.
Oxu.Az Modern.az-a istinadən bildirir ki, İrəvanda hakimiyyətdə olan “Firavan Ermənistan” partiyası bu bəyanatla bağlı Rusiyadan açıqlama tələb edib. Partiyanın parlament fraksiyasının rəhbəri, AŞPA nümayəndə heyətinin üzvü Naira Zoqrabyan bəyan edib ki, bununla bağlı Ermənistan XİN-i aydınlıq gətirməlidir.
“XİN indiyə qədər Nazarbayevin Avrasiya ittifaqının iclasında Azərbaycan prezidentinin məktubu ilə bağlı dediyinə heç bir reaksiya vermir. Bizim diplomatlar deyir ki, “Azərbaycan-Rusiya münasibətlərini şərh etmirik.
Hesab edirəm ki, Rusiya strateji tərəfdaşı elan etdiyi Ermənistana bununla bağlı müvafiq cavab verməlidir. Ancaq bizim XİN susur və bu, çox müəmmalıdır ” – deyə Zoqrabyan vurğulayıb.
Ermənistanın “İrs” partiyasının baş katibi Stepan Safaryan isə bəyan edib ki, Rusiya “Avrasiya dramı” ilə Azərbaycanla bağlı məsələləri həll etməyə çalışır və bunun üçün Ermənistandan istifadə edir.
“Bu, Ermənistanın alçaldılmasıdır” – deyə o vurğulayıb.
Safaryan bildirib ki, Ermənistan üçün fövqəladə təhlükəli vəziyyət yaranıb.
“Rusiya bizi öz düşmənləri ilə əməkdaşlq etməyə qoymur, amma özü düşmənlərimizlə tərəfdaşlıqdan imtina etmir” – deyə Safaryan vurğulayıb.
Xatırladaq ki, Rusiya XİN nümayəndəsi S.Lavrovun Bakı səfəri ilə bağlı danışarkən Azərbaycanı “Rusiyanın strateji tərəfdaşı” adlandırıb.