Ermənistan Baş nazirinin müavini istefa verib

Ermənistan Baş nazirinin müavini, ərazi idarəetmə naziri Armen Gevorkyan istefa verib…

Ermənistan Baş nazirinin müavini, ərazi idarəetmə naziri Armen Gevorkyan istefa verib. Trend-in Ermənistan KİV-ə istinadən verdiyi məlumata görə, bunu Baş nazir Ovik Abramyan hökumətin iclasında deyib.

Onun sözlərinə görə, A.Gevorkyan özəl sektorda işə başlaması ilə əlaqədar istefa ərizəsi təqdim edib, lakin o, hökumətlə əməkdaşlığı davam etdirmək niyyətindədir.

 

/Trend/