Erməni silahlı bölmələri mövqelərimizi yenidən atəşə tutub

Erməni silahlı bölmələri mövqelərimizi yenidən atəşə tutub…

Erməni silahlı bölmələri mövqelərimizi yenidən atəşə tutub. Müdafiə Nazirliyinin mətbuat xidmətindən şənbə günü Trend-ə verilən məlumata görə, erməni silahlı bölmələri dünən və bu gecə Ağdam rayonunun işğal olunmuş Qaraqaşlı, Füzuli rayonunun Aşağı Seyidəhmədli, Goranboy rayonunun Tapqaraqoyunlu, kəndləri yaxınlığında və Xocavənd rayonunun ərazisindəki adsız yüksəkliklərdə yerləşən movqelərdən Silahlı Qüvvələrimizin mövqelərini atəşə tutub.

Düşmən cavab atəşi ilə susdurulub.

/Trend/