Erməni silahlı bölmələri mövqelərimizi yenidən atəşə tutublar

Erməni silahlı bölmələri atəşkəsi pozaraq Silahlı Qüvvələrimizin mövqelərini yenidən atəşə tutublar. Müdafiə Nazirliyinin mətbuat xidmətindən cümə axşamı Trend-ə verilən məlumata görə, erməni silahlı bölmələri dünən və bu gecə Ermənistanın İcevan rayonunun Berkaber kəndində yerləşən mövqelərdən Qazax rayonunun Qızılhacılı kəndində yerləşən mövqelərimizi atəşə tutublar…

 

Erməni silahlı bölmələri atəşkəsi pozaraq Silahlı Qüvvələrimizin mövqelərini yenidən atəşə tutublar. Müdafiə Nazirliyinin mətbuat xidmətindən cümə axşamı Trend-ə verilən məlumata görə, erməni silahlı bölmələri dünən və bu gecə Ermənistanın İcevan rayonunun Berkaber kəndində yerləşən mövqelərdən Qazax rayonunun Qızılhacılı kəndində yerləşən mövqelərimizi atəşə tutublar.

Goranboy rayonunun işğal olunmuş Tapqaraqoyunlu, Ağdam rayonunun Mərzili, Şıxlar, Sarıcalı, Şuraabad kəndləri yaxınlığında və Füzuli rayonunun ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən də Silahlı Qüvvələrimizin mövqeləri atəşə tutulub.

Düşmən cavab atəşi ilə susdurulub.

/Trend/