Ermənilər atəşkəs rejimini pozmaqda davam edirlər

Erməni silahlı qüvvələri tərəfindən cəbhə xəttində bir neçə istiqamətdə atəşkəs rejimi pozulub…

Erməni silahlı qüvvələri tərəfindən cəbhə xəttində bir neçə istiqamətdə atəşkəs rejimi pozulub. Trend-in Müdafiə Nazirliyinin mətbuat xidmətinə istinadən verdiyi məlumata görə, erməni silahlı bölmələri dünən və bu gecə Goranboy rayonunun Tapqaraqoyunlu, Ağdam rayonunun Baş Qərvənd, Füzuli rayonunun Aşağı Əbdülrəhmanlı və adsız yüksəkliklərdə yerləşən mövqelərdən Silahlı Qüvvələrimizin mövqelərini atəşə tutublar.

Düşmən cavab atəşi ilə susdurulub.

/Trend/