Ermənilər Dağlıq Qarabağda hərbi təlim keçiriblər

Təlimi Ermənistan prezidenti də izləyib…

 

Təlimi Ermənistan prezidenti də izləyib

 

Ermənistan prezidenti Serj Sarkisyan noyabrın 12-də Azərbaycanın işğal olunmuş ərazisi Dağlıq Qarabağda keçirilən hərbi təlimi izləyib.

 

APA-nın “Novosti-Armeniya” agentliyinə istinadən verdiyi məlumata görə, elə həmin gün S. Sarkisyan Dağlıq Qarabağ separatçılarının lideri Bako Saakyanla birlikdə ali zabit heyətinin təlimlərin gedişinə həsr olunmuş müşavirəsində iştirak edib.

 

B. Saakyan ordunun döyüş qabiliyyətinin ardıcıl olaraq yüksəldilməsinin vacibliyini vurğulayıb./Apa/