Ermənistan ordusunun Dağlıq Qarabağdan çıxarılmasının vaxtı çoxdan çatıb

Ermənistan ordusunun Dağlıq Qarabağdan çıxarılmasının vaxtı çoxdan çatıb. Trend-in məlumatına görə, bu barədə Almaniya Federativ Respublikası Bundestaqının Xristian Demokrat İttifaqı/Xristian-Sosial İttifaqı partiyalarının fraksiyasından millət vəkili, Ətraf mühit, təbiətin mühafizəsi və nüvə təhlükəsizliyi nazirliyində dövlət katibi Katerina Reyç Ermənistanın Xocalı aeroportu barədə planlarına dair Avropa-Azərbaycan Cəmiyyətinin sualına münasibət bildirərkən deyib…

 

Ermənistan ordusunun Dağlıq Qarabağdan çıxarılmasının vaxtı çoxdan çatıb. Trend-in məlumatına görə, bu barədə Almaniya Federativ Respublikası Bundestaqının Xristian Demokrat İttifaqı/Xristian-Sosial İttifaqı partiyalarının fraksiyasından millət vəkili, Ətraf mühit, təbiətin mühafizəsi və nüvə təhlükəsizliyi nazirliyində dövlət katibi Katerina Reyç Ermənistanın Xocalı aeroportu barədə planlarına dair Avropa-Azərbaycan Cəmiyyətinin sualına münasibət bildirərkən deyib.

Reyç bildirib ki, BMT Təhlükəsizlik Şurası bunu öz qətnamələrində dəfələrlə tələb edib.

“Almaniya və Avropa İttifaqı bu məsələdə həmfikirdir. 19 iyul 2012-ci ildə Dağlıq Qarabağda keçirilən qondarma “prezident seçkiləri “nə münasibət bildirən Aİ-nin xarici siyasət və təhlükəsizlik məsələləri üzrə ali komissarı Ketrin Eşton açıq şəkildə bəyan edib ki, Aİ bu seçkiləri tanımır “, – Reyç deyib.

O vurğulayıb ki, Almaniyanın mövqeyi aydındır. “Dağlıq Qarabağ Azərbaycan Respublikasının ayrılmaz bir hissəsidir və işğala son qoyulmalıdır. İşğalın başa çatması ilə regiondakı qaçqınların çoxu üçün yeni perspektivlər yaranacaq. Biz Cənubi Qafqazda sabitliyi və təhlükəsizliyi təmin etmək üçün Azərbaycanla yaxından əməkdaşlıq edirik “, – almaniyalı millət vəkili deyib.

O qeyd edib ki, Dağlıq Qarabağ münaqişəsi ölkənin ən böyük problemidir. Münaqişənin sülh yolu ilə həlli bütövlükdə regionun iqtisadiyyatı və cəmiyyəti üçün müsbət təkan yarada bilər.

“Bu, regionun bütün dövlətlərinin marağındadır. Sülh prosesi ilə bağlı beynəlxalq ictimaiyyətlə əməkdaşlıq Almaniya üçün xüsusilə vacibdir. BMT, Avropa İttifaqı və ATƏT uzun müddətdir ki, münaqişənin sülh yolu ilə həll olunmasının yollarını birlikdə axtarır. Sülhə gedən yolda geriləməyə yol verilməməlidir. Lakin işğal olunmuş Dağlıq Qarabağ ərazisində Xocalı aeroportunu yenidən açmaqla, Ermənistan hökuməti bunun əksini edir. Bu, Azərbaycanın hava məkanının pozulmasıdır “, – Katerina Reyç bildirib.

 

/Trend/