Ermənistan öz acınacaqlı vəziyyətini anlayaraq bölgədə daha konstruktiv mövqe tutmaqda qərarlı olacaq

“ATƏT-in Minsk qrupunun həmsədrlərinin görüşündən sonra ortada siyasi iradənin olduğu bir daha vurğulandı və həmsədrlər də bəyan etdilər ki, Dağlıq Qarabağ münaqişəsinin həllində Azərbaycan tərəfi konstruktiv mövqe ortaya qoyaraq danışıqların davam etdirilməsində və bölgədə sülhün və əmin-amanlığın yaranmasında maraqlıdır “…

“ATƏT-in Minsk qrupunun həmsədrlərinin görüşündən sonra ortada siyasi iradənin olduğu bir daha vurğulandı və həmsədrlər də bəyan etdilər ki, Dağlıq Qarabağ münaqişəsinin həllində Azərbaycan tərəfi konstruktiv mövqe ortaya qoyaraq danışıqların davam etdirilməsində və bölgədə sülhün və əmin-amanlığın yaranmasında maraqlıdır “. Trend-in məlumatına görə, bunu jurnalistlərə Azərbaycan Respublikası Prezidenti Administrasiyasının Siyasi təhlil və informasiya təminatı şöbəsinin müdiri Elnur Aslanov Ermənistanın xarici işlər nazirinin müavini Şavarş Koçaryanın Azərbaycanın Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsi prosesində qeyri-konstruktiv mövqe nümayiş etdirdiyi və sülh prosesinə xələr yetirdiyini iddia edən bəyanata münasibət bildirərkən deyib.

E.Aslanov qeyd edib ki, çox təəssüflər olsun ki, dəfələrlə Ermənistan müxtəlif dövlət rəsmiləri səviyyəsində öz qeyri-konstruktiv mövqeyini ifadə edir və ümumiyyətlə bölgədə öz siyasəti ilə artıq bir “xərçəng şişi ” rolunu oynamağa başlayır. Baxmayaraq ki, Ermənistan həm iqtisadi cəhətdən çox çətin vəziyyətdədir, həm siyasi cəhətdən öz qeyri-ardıcıl siyasəti ilə ümumiyyətlə, həm Şərqi, həm Qərbi, həm də digər dövlətləri təəccübləndirməyə müvəffəq olur: “Təbii ki, biz Ermənistandan daha konstruktiv addımlar, daha konstruktiv mövqe, daha rasional yanaşma gözləyirik. Güman edirik ki, həmsədrlərin görüşdən sonra bəyan etdiyi kimi, Errmənistan öz acınacaqlı vəziyyətini anlayaraq bölgədə daha konstruktiv mövqe tutmaqda qərarlı olacaq “. /Trend/