Ermənistan sülhə can atır?

Münaqişənin sülh yolu ilə həll olunması növbəti dəfə müzakirə olunacaq…

Münaqişənin sülh yolu ilə həll olunması növbəti dəfə müzakirə olunacaq.

ATƏT-in Minsk qrupunun həmsədri Ceyms Uorlik bu gün keçiriləcək Dağlıq Qarabağ münaqişəsinin Rusiya nümayəndələri ilə müzakirəsini səbirsizliklə gözlədiyini Twitter səhifəsində yazıb – Oxu.Az xəbər verir.

“Biz həmçinin bu məsələ ilə bağlı Fransa ilə əməkdaşlıq etməyi razılaşdırmışıq” – Urolik qeyd edib.

Eləcə də, Uorlik qeyd edib ki, Ermənistanın xarici işlər naziri Edvard Nalbandyanla Moskvadakı danışıqlar Ermənistanın Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə tənzimlənməsinə can atdığını göstərir.

“Dialoqun variantlarını axtarmağa davam edəcəyik” – Ceyms Uorlik görüşü dəyərləndirib.

Əvvəllər həmsədr dünya ictimaiyyətinin bütün diqqətinin Ukraynadakı hadisələrə yönəldiyi üçün, Ermənistan və Azərbaycan arasında münaqişənin zorakılığa keçəcəyindən narahat olduğunu söyləyirdi.

/oxu.az/