Ermənistan hərbiçiləri dünən və bu gecə atəşkəsi pozublar

Ermənistan hərbiçiləri dünən və bu gecə atəşkəsi pozublar.
Azərbaycan Müdafiə Nazirliyinin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, erməni silahlı bölmələri dünən və bu gecə Füzuli rayonunun Horadiz, Ağdam rayonunun Mərzili, Sarıcalı kəndləri yaxınlığında və Xocavənd rayonunun ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən atəşkəs rejimini pozublar… Trend.az