
APA-nın “ArmToday” saytına istinadən yaydığı məlumata görə, http://www.armeniaforeignministry.com/arm/index.html ünvanında “Geography” bölməsinə daxil olaraq həmin xəritəni görmək mümkündür. “ArmToday” bu faktın Ermənistanda ciddi narazılığa səbəb olduğunu bildirir: “Ermənistan Xarici İşlər Nazirliyinin xəritəsində Dağlıq Qarabağ Respublikasının qeyd olunmaması təkcə təhqir deyil, həm də bu fakt Ermənistan xarici siyasət idarəsinin DQR-in müstəqilliyi faktına əsl münasibətini ortaya qoyur”.