Ermənistanın Dağlıq Qarabağ ətrafında işğal etdiyi 7 rayondan biri olan Kəlbəcərdən çəkilə biləcəyinə dair xəbər yayılıb.
APA-nın Türkiyənin “haberler.com” portalına istinadən verdiyi məlumata görə, iki ölkə prezidentlərinin Münhendə keçirilən qapalı görüşündə erməni tərəfi bu ilin sonuna qədər Kəlbəcəri boşalda biləcəyini ifadə edib. Məqsəd həm Azərbaycanın mövqeyini yumşaltmaq, həm də Türkiyə ilə imzalanmış protokolların Türkiyə Böyük Millət Məclisində ratifikasiyasına zəmin yaratmaqdır. Portal Rusiya Xarici İşlər Nazirliyindəki mənbəyə istinadən yazıb: “Türkiyə Ermənistanla sərhədi 1993-cü ilə erməni qüvvələrinin Kəlbəcəri işğal etməsindən dərhal sonra bağlayıb. Bu gün sərhədi yenidən açmaq üçün ən önəmli şərt də məhz Kəlbəcərin qaytarılmasıdır”.