Çexiyada “Xocalıya ədalət – Xocalıya işıq ” aksiyası keçirilib

Praqada Xocalı soyqırımının 20-cu ildönümü münasibətilə “Xocalıya ədalət – Xocalıya işıq ” aksiyası keçirilib. Trend-in Çexiyada fəaliyyət göstərən AZƏR-ÇEX Cəmiyyətinin mətbuat xidmətinə istinadən verdiyi məlumata görə, aksiya cümə günü paytaxt Praqanın mərkəzi Namesti Miru (Sülh) meydanında cəmiyyətin təşkilatçılığı və Azərbaycanın Praqadakı səfirliyinin dəstəyi ilə keçirilib… Trend.