Fermerlər 20,1 milyon manatlıq yardım alacaqlar

Subsidiyalar 150 minə yaxın istehsalçıya çatacaq…

Subsidiyalar 150 minə yaxın istehsalçıya çatacaq.

Kənd təsərrüfatı məhsullarının istehsalçısı olan hüquqi və fiziki şəxslərə hər hektar əkin sahəsinin becərilməsində istifadə etdiyi yanacaq və motor yağlarına görə dövlət büdcəsinin vəsaiti hesabına 40 manat yardım verilməsi, habelə “Aqrolizinq” Açıq Səhmdar Cəmiyyəti və digər hüquqi və fiziki şəxslər tərəfindən istehsalçılara satılan mineral gübrələrin dəyərinin orta hesabla 50 faizinin dövlət tərəfindən ödənilməsinin təmin edilməsi üzrə Respublika Komissiyası buğda və çəltik əkininə görə 01 dekabr 2013-cü il tarixinə 58 rayon (şəhər) komissiyası üzrə daxil olmuş sənədlərə baxıb.

Oxu.Az xəbər verir ki, Kənd Təsərrüfatı Nazirliyindən verilən məlumata görə, Respublika Komissiyası 149 849 istehsalçıya çatacaq 20 153 483 manat məbləğində yardım ayrılması barədə qərar qəbul edib.

Fermerlərin nəzərinə çatdırılır ki, şəffaflığın tam təmin edilməsi məqsədilə onlar hər bir rayon və kəndlər üzrə istehsalçıların siyahısı,  əkin sahələri və ayrılıqda hər birinə veriləcək yardımın məbləği haqqında məlumatı Kənd Təsərrüfatı Nazirliyinin saytının (www.agro.gov.az) “Subsidiyalar” bölməsindən əldə edə bilərlər.


www.oxu.az