“Avropa hər hansı bir münaqişənin həlli ilə mütəmadi və prinsipial şəkildə məşğul olmur”…
“Avropa hər hansı bir münaqişənin həlli ilə mütəmadi və prinsipial şəkildə məşğul olmur”.
Oxu.Az-ın suallarını politoloq, keçmiş diplomat Fikrət Sadıqov cavablandırır.
– Gələn həftə Parisdə Azərbaycan və Ermənistan prezidentlərinin növbəti görüşü olmalıdır, bu dəfə Fransanın vasitəçiliyi ilə. Buna dair müxtəlif proqnozlar verilir. Bu görüşdən sizin gözlədiyiniz nədir?
– Öz-özlüyündə görüş faktı pozitiv amildir. Mən fransız prezidentin səmimiliyinə şübhə etmirəm. Ola bilər ki, o həqiqətən bu münaqişənin həllinə istiqamətlənib. Amma məsələ ondadır ki, fransız prezidentini çox nüfuzlu və yetərincə güclü erməni dairələri əhatə edir. Onlar həm siyasi, həm maliyyə, həm də bank sferasında, eləcə də dövlət başçısının ətrafındadırlar. Ollandın gələn il “erməni soyqırımı”nın 100 illiyinə gəlməsinə dair bəyanatı təsadüfi deyil. Bu? əlbəttə müəyyən mənada bu məsələdə fransız tərəfinin obyektiv yanaşma şansını azaldır. Amma biz bu münaqişənin sülh yolu ilə həllinin tərəfdarları olaraq, Fransanın Minsk qrupunun həmsədri olduğunu və zamanında ATƏT-in müvafiq mandatını aldığını bilərək buna gedirik. Bizim son illərdə Fransa ilə qənaətbəxş ikitərəfli münasibətlərimiz yaranıb, müəyyən layihələr nəzərdə tutulub. Bu təbii ki, hansısa ümidlər yaradır. Əlbəttə ki, bu məsələlərdə optimistdən çox realist olmaq lazımdır.
– Almaniyanın XİN rəhbəri, bu həftə Bakıda, Aİ-nın Qarabağ münaqişəsini nizama salınmasında iştirak etmək niyyətini bəyan edib. Bu, ATƏT-in Minsk qrupunda yalnız Fransa ilə təmsil edilməsinin az olduğunu Brüsselin etirafı kim qəbul etmək olarmı?
– Yeri gəlmişkən, Almaniya – erməni dairələrinin təsiri altına düşməyən nüfuzlu Avropa dövlətlərindəndir. Almaniyanın mövqeyi bu məsələdə hər zaman müstəqilliyi və obyektivliyi ilə seçilib. Prinsipcə, Minsk qrupunda rotasiya mövcud olsa idi, Almaniya pis həmsədr olmazdı. Hər halda faydalı məsləhət və təkliflər verə bilərdi. Bəlkə də Qarabağ münaqişəsinin nizama salınması məsələsində konstruktivlik daha çox olardı.
Digər tərəfdən, də bilirsiniz ki, Ermənistan və Azərbaycana səfər etmiş Almaniyanın xarici işlər nazirinin fikri yetərli deyil. O, əlbəttə inam yaradır, amma bu, uzunmüddətli çıxarışlar etmək üçün əsas deyil. Bütün bunlar Avropa İttifaqının müəyyən mövqeyinin formalaşmasını, Azərbaycanın xeyrinə olan istiqamətlərin yaranması, Ukrayna hadisələrindən sonra ümumiyyətlə separatizmə qarşı münasibətin kəskinləşməsi deməkdir. Düşünürəm ki, Almaniya XİN Avropa siyasi elitasının bu mövqeyini səsləndirir. Bu ifadələrin bir qədər də sərt olması, ideya və hətta fəaliyyət ilə paralellik təşkil etsəydi yaxşı olardı.
– Almaniya və Fransanın bu və ya digər şəkildə fəallaşması, Sizə Ukrayna hadisələri Avropanın, Qarabağ münaqişəsi qəbilindən olan münaqişələrin həllində daha qərarlı iştiraka sövq etdirməsi kimi görünmədimi?
– Mən çox istərdim ki, Ukrayna böhranının Avropa emosiyalarının tüğyan etməsinə təsir etdiyinə ümid edim. Çox istərdim ki, bu, belə olsun. Hər halda Avropaya Ukraynada olanlardan nəticə çıxartmaq lazımdır. Onlar anlamalıdırlar ki, separatizm yalnız MDB ərazisində məhvedici təsir göstərmir, o artıq Avropada təhlükə yaradan mərkəzdən qaçma tendensiyasına çevrilib. Biz bunu Böyük Britaniyada Şotlandiyanın, İspaniyada Kataloniyanın və s. timsalında görürük. Ona görə də əgər onlar MDB məkanında geosiyasi vəziyyəti daha sayıq qiymətləndirsəydilər, o zaman Qarabağ probleminin həllinə də bir o qədər sayıq yanaşardılar. Reallıq və sayıqlıq isə beynəlxalq hüquq normalarına, Təhlükəsizlik Şurasında qəbul edilmiş və ATƏT-də 2010-cu ildə təsdiqlənmiş bəyanatlara riayət etməkdir. Avropa, digər ölkənin ərazisini işğal etmiş aqressor ölkəyə daha sərt davranmalıdır.
Bir tərəfdən belə pozitiv istiqamətlənmələr mövcuddur. Alman nazirindən başqa, Avropa siyasi elitasında digər səslər də mövcuddur. Amma çox təəssüf ki, bunların hamısı sadəcə ayrı-ayrı epizodlar, zavallı cəhdlər, qığılcımlardır, təəssüf ki, Avropa hər hansı bir münaqişənin həlli ilə mütəmadi və prinsipial şəkildə məşğul olmur. Avropalılar yalnız hadisə baş verdikdən sonra hansısa qərarlar qəbul edirlər. Rusiyaya qarşı sanksiyalar yalnız, Ukrayna hadisələrindən sonra qəbul edildi, digər regionlarda baş verən digər münaqişələri də misal göstərə bilərik. Bu qeyri-ardıcıllıq, əlbəttə Azərbaycanı Ermənistan ilə eyniləşdirməyə gətirib çıxarır, bizi kompromisə çağırırlar, barışdırmağa çalışırlar. Anlamırlar ki, işğal olunmuş Azərbaycan torpaqları azad olmadan barışıqdan söz gedə bilməz. Təkrar edirəm, Avropa elitasında bu məsələyə qarşı müəyyən mənada sayıqlıq yaranıb, amma təəssüf ki, bu problemə sistemli yanaşma görmürəm.