Fövqəladə Hallar Nazirliyinin (FHN) Qarabağ Regional Mərkəzi Ağdam rayonu Təzəkənd qəsəbəsindəki 106 saylı köçkün tam orta məktəbində fövqəladə hallarda davranış qaydalarına həsr olunmuş maarifləndirmə tədbiri keçirmişdir…
Fövqəladə Hallar Nazirliyinin (FHN) Qarabağ Regional Mərkəzi Ağdam rayonu Təzəkənd qəsəbəsindəki 106 saylı köçkün tam orta məktəbində fövqəladə hallarda davranış qaydalarına həsr olunmuş maarifləndirmə tədbiri keçirmişdir.
AzərTAc xəbər verir ki, tədbirin məqsədi əhalini təbii və texnogen xarakterli fövqəladə hadisələr baş verərkən düzgün davranış qaydaları ilə tanış etmək və müvafiq vərdişlər aşılamaq olmuşdur.
Tədbirdə FHN-in fəaliyyəti, qurumları və Qarabağ Regional Mərkəzinin iş prinsipləri, maddi-texniki bazası haqqında məlumatlar verilmiş, “Fövqəladə hallar nədir. Fövqəladə hadisələrin statistikası”, “Qaz təsərrüfatında baş verən bədbəxt hadisələr. Dəm qazı ilə zəhərlənmələr”, “Regional Mərkəzin xidməti ərazisində yerləşən bina və qurğuların fövqəladə hallar nəticəsində dağılması zamanı əhalinin davranış qaydaları”, “FHN-in Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinin 112 Çevik Reaksiya İdarəsi” mövzularında çıxışlar dinlənilmişdir.
Tədbir iştirakçılarına qış mövsümü ilə əlaqədar baş verən fövqəladə hallar zamanı, həmçinin cəbhə xəttində yerləşən ərazilərdə şübhəli əşyalar və partlamamış hərbi sursatla qarşılaşarkən davranış qaydaları izah olunmuş, qarlı və şaxtalı hava şəraitində təhlükəsizlik tədbirləri barədə məlumat verilmişdir.
İştirakçılara “FHN Qarabağ Regional Mərkəzi tərəfindən hazırlanmış bukletlər paylanmış, şagirdləri maraqlandıran suallar cavablandırılmışdır.
AzrTac.az
Oxunub