Fransa qondarma “erməni soyqırımı”na görə cəza tətbiq etmək istəyir

Yeni qanun layihəsi hazırlanıb…

Yeni qanun layihəsi hazırlanıb.

Fransa parlamentinin üzvü Valeri Buaye (Valerie Boyer) uydurma “erməni soyqırımı”nı inkar edənlərin cəzalandırılmasını nəzərdə tutan yeni qanun layihəsi hazırlayıb.

Oxu.Az APA-ya istinadən xəbər verir ki, Buayenin bildirdiyinə görə, “soyqırım”ın yüz illiyi ərəfəsində Fransada Holokost istisna olmaqla soyqırımları və insanlığa qarşı cinayətləri inkar edənləri cəzalandırmağa imkan verən hər hansı qanun yoxdur. Parlamentar cinayət hüququ üzrə mütəxəssislərlə birlikdə yeni sənəd hazırladığını açıqlayıb.

Xatırladaq ki, Fransa parlamenti daha əvvəl V.Buayenin təklifi əsasında “erməni qoyqırımı”nı inkarın kriminallaşdırılması haqda qanun qəbul etsə də, Fransa Konstitusiya Şurası bu sənədi Konstitusiyaya zidd saymışdı.

www.oxu.az