Fransa: Rusiyaya artıq heç kim inanmır

“Bütün bunlar internet vasitəsi ilə yayımlanır”…

“Bütün bunlar internet vasitəsi ilə yayımlanır”.

Rusiyaya artıq heç kim inanmır.

Oxu.Az APA-ya istinadən xəbər verir ki, Ukrayna mətbuatının verdiyi məlumata görə, bunu BMT Təhlükəsizlik Şurasının iclasında Fransa nümayəndəsi Jerar Aro deyib.

O, Moskvanı Ukraynanın şərqindəki hadisələrlə rus qoşunlarının bu və ya digər formada əlaqəsini inkar etməməyə çağırıb.

“Biz görürük ki, Ukraynanın şərqində zorakılığın artması qəflətən baş verməyib. Biz görürük ki, burada Krım ssenarisi gerçəkləşir. Öncə Rusiya meyilli aqressiv insanlar meydana çıxır, sonra hazırlıq keçmiş silahlı insanlar peyda olur. Bütün bunlar internet vasitəsi ilə yayımlanır. Rusiyanın etirazlarına rəğmən, ona artıq heç kim inanmır. Rusiya internetin mövcudluğunu dərk etmir və reallığı inkar edir”, – deyə o vurğulayıb.

www.oxu.az