İyunun 21-də Fransa Respublikası Senatında Beynəlxalq Qaçqınlar Gününə həsr edilən “Avropada və Fransada unudulmuş münaqişələrin nəticələri: uzun müddətdir qaçqın və məcburi köçkün həyatı yaşayanların vəziyyəti və perspektivlər: Azərbaycan nümunəsi” adlı konfrans keçiriləcək.
Konfrans Senatın Fransa-Qafqaz Dostluq Qrupunun sədri Andre Reyşarın təşəbbüsü ilə Avropa Azərbaycan Cəmiyyətinin Fransa ofisi, Avropa Robert Şuman İnstitutu və Ali Milli Müdafiə Araşdırmaları İnstitutunun Paris-İle-de France Assosiasiyası tərəfindən birgə təşkil olunacaq.
Konfransda azərbaycanlı qaçqın və məcburi köçkünlərin vəziyyətindən söz açılacaq.
AZƏRTAC