Fransanın Azərbaycandakı səfirliyinin mühafizəsi gücləndirildi

Ölkədə üçgünlük matəm elan olunub…

Ölkədə üçgünlük matəm elan olunub.

Fransanın Azərbaycandakı səfirliyinin mühafizəsi gücləndirilib. 

Səfirlikdən Oxu.Az-a bildirilib ki, gücləndirilmə dünən Parisdə baş vermiş terror aktı ilə əlaqədardır. 

Xatırladaq ki, yanvarın 7-də Parisdə  “Charlie Hebdo” satirik nəşrinin redaksiyasına silahlı hücum olub, nəticədə 12 nəfər ölüb, 11 nəfər yaralanıb. Hadisəni törətməkdə şübhəli bilinən 7 nəfər saxlanılıb. 

Fransada üçgünlük matəm elan olunub. 

www.oxu.az