Həlak olanların xatirəsi sükütla yad ediləcək…
Həlak olanların xatirəsi sükütla yad ediləcək.
Parisdə baş vermiş terror aktı ilə əlaqədar Fransanın Bakıdakı səfirliyində bayraqlar endirilib.
Oxu.Az xəbər verir ki, APA-ya səfirlikdən verilən məlumata görə, bu gün Bakı vaxtı ilə saat 15.00-da səfirlik əməkdaşları hadisə nəticəsində həlak olanların xatirəsini sükütla yad edəcəklər.
Xatırladaq ki, yanvarın 7-də Parisdə “Charlie Hebdo” satirik nəşrinin redaksiyasına silahlı hücum olub. Nəticədə 12 nəfər ölüb, 11 nəfər yaralanıb.
Fransa prezidenti Fransua Olland ölkədə üçgünlük matəm elan edib.