Gəncədə Azərbaycan və Türkiyə xarici işlər nazirlərinın görüşü keçirilir

Gəncədə Azərbaycan və Türkiyə xarici işlər nazirləri Elmar Məmmədyarov və Əhməd Davudoğlunun görüşü keçirilir…

Gəncədə Azərbaycan və Türkiyə xarici işlər nazirləri Elmar Məmmədyarov və Əhməd Davudoğlunun görüşü keçirilir.

 

Trend-in məlumatına görə, görüşdə ölkələr arasındakı münasibətlər və regional əməkdaşlıq məsələləri müzakirə edilir. Görüş jurnalistlər üçün qapalıdır.

 

Qeyd edək ki, bu gün ikitərəfli görüşlərdən sonra Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov, Gürcüstanın xarici işlər naziri Maya Pancikidze və Türkiyənin xarici işlər naziri Əhməd Davudoğlunun iştirakı ilə üçtərəfli görüş keçiriləcək.

 

Bu, Azərbaycan, Gürcüstan və Türkiyə XİN rəhbərlərinin sayca üçüncü görüşüdür.

 

Qeyd edək ki, nazirlərin sonuncu görüşü 2013-cü ilin martında Batumidə keçirilmişdi.

/Trend/