“Vətəndaş Cəmiyyəti Uğrunda ” Müstəqil Məsləhət və Yardım Mərkəzi Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının dəstəyi ilə “Gənclərin peşə və sahibkarlıq bacarıqlarının artırılması ” Layihəsini həyata keçirmişdir.
Layihənin əsas məqsədi peşə qabiliyyətli gənclərin karyera quruculuğunda onlara dəsətək göstərilməsindən bəhs edir. Xüsusilə regionlarda yaşayan gənclərin təhsil və karyera quruculuğunda uğur əldə etməsi və peşə bacarıqlarının aşılanması üçün təlimlər keçirilmişdir. Quba, Bakı, Şamaxı və İsmayıllı şəhərində keçirlən təlimlərdə gənc sahibkarlar və sahibkarlıq fəaliyyəti ilə məşğul olmaq istəyən gənclər üçün bazar dəyər zənciri, bazar araşdırması, bazar planlaması, biznes planların strukturu, təhlili və hazırlanması, uğurlu biznes ideyalarının seçilməsi meyarları, sahibkarlıq fəaliyyətinin qanunvericilik əsasları və müvafiq sahə üzrə aidiyyatı məsələlər müzakirə olunmuşdur.
Təlimlər zamanı gənclərə biznes plan, müasir bazarın tələbləri, tələb və təklifin qiymətləndirilməsi, uğurlu karyera əldə etmək üçün praktik vərdişlər aşılanacaqdır Biznes ideyalarının reallaşdırılması və biznes plan haqqında təqdimat hazırlayan təlimçi iştirakçılara bazarın analizi, araşdırılması və biznes planlarının tərtib olunması haqqında praktik məlumat vermişdir. Təlim iştirakçılarının hazırladığı biznes planların müzakirəsi aparılmış, planın bazara uyğunluğu, riskləri, indikatorları analiz edilmişdir. Biznes planların yerli mövcud resusrlardan yararlanması və real olması ilə bağlı müzakirələr davam etdirilmişdir. “Vətəndaş Cəmiyyəti Uğrunda ” Müstəqil Məsləhət və Yardım Mərkəzi sahibkarlıq fəaliyyəti ilə məşğul olmaq istəyən gənclərə dəstək xidmətlərini göstərməkdə davam edəcəkdir. Gənclərin biznes planlarının texniki qiymətləndirilməsi və müasir bazarın tələblərinə uyğun olaraq reallaşdırılması ilə bağlı Mərkəz tərəfindən dəstək xidmətləri göstəriləcək.
Mətbuat Xidməti