General Nizam Osmanov: Bizdə də hər zaman olduğu kimi gərginlik qalır

“Düşmənin istənilən təxribatına layiqli cavab verməyə hər an hazırıq”…

“Düşmənin istənilən təxribatına layiqli cavab verməyə hər an hazırıq”.

Azərbaycanın Müdafiə Nazirliyinin Bərdə Ordu Birləşməsinin (Birinci Ordu Birləşməsi) komandiri, general-mayor Nizam Osmanov son günlər düşmənlə təmas xəttində baş verən insidentlərə qısa münasibət bildirib. 

Oxu.Az-ın xəbərinə, general-mayor N.Osmanov publika.az-a açıqlamasında deyib:

“Cəbhə xəttində gərginlik hər zaman olur. Bizdə də hər zaman olduğu kimi gərginlik qalır”.

Korpus komandiri N.Osmanov düşmənin istənilən təxribatına layiqli cavab verməyə hər an hazır olduqlarını bəyan edib.

Xatırladaq ki, son günlər Ermənistan ordusunun hərbçiləri işğal etdikləri Azərbaycan ərazilərindən atəşkəsi pozmaqda davam edir, Azərbaycan Silahlı Qüvvələrinin hərbçiləri isə düşmənin bütün təxribatlarına  layiqli cavab verir.

www.oxu.az