Göyçay döyüşləri Türkiyə tarixşünaslığında

Azərbaycanda Vətəndaş Cəmiyyətinin İnkişafına Yardım Assosiasiyasının layihəsi çərçivəsində nəşr olunan “Göyçay döyüşləri Türkiyə tarixşünaslığında” kitabı işıq üzü görüb.

Kitabda Göyçay qəzasında bolşevik, erməni-daşnak qüvvələrinə qarşı 1918-ci ilin iyun-iyul aylarında baş tutmuş döyüşlərdə Türkiyə və Azərbaycan döyüşçülərinin qəhraman mübarizəsi Türkiyə tarixşünaslığı əsasında tədqiq edilib. Qardaş Türkiyə tarixçilərinin Qafqaz İslam Ordusu və Azərbaycan döyüşçülərinin qəhrəman mübarizəsindən bəhs edən elmi əsərləri araşdırılıb, müqayisəli təhlil edilib.

Bu kitab Azərbaycanda Vətəndaş Cəmiyyətinin İnkişafına Yardım Assosiasiyasının layihəsi əsasında Göyçay döyüşlərinə həsr olunmuş ikinci kitabdır. “Azərbaycan tarixinin qəhrəmanlıq səhifəsi: Göyçay döyüşləri” adlı birinci kitab ötən ilin iyununda işıq üzü görüb. Layihənin rəhbəri AVCİYA-nın prezidenti, Şamaxının millət vəkili Elxan Süleymanov, kitabın müəllifi tarix üzrə elmlər doktoru Məhərrəm Zülfüqarlı, elmi redaktoru siyasi elmlər üzrə fəlsəfə doktoru, əməkdar jurnalist Fuad Babayev, rəyçisi isə pedaqoji elmlər üzrə fəlsəfə doktoru Dəyanət Musayevdir.

Kitab Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyinə həsr olunub.