Gözlənilməz dönüş: Oqtay Əsədov Rusiyanı dəstəkləməyib

“Hansısa qüvvələr ölkələr arasındakı münasibəti pozmaq istəyir”…

“Hansısa qüvvələr ölkələr arasındakı münasibəti pozmaq istəyir”.

Haqqın.az redaksiyası Milli Məclisin mətbuat xidmətinin rəhbəri Mehman Qaibovla əlaqə saxlayıb, o İTAR-TASS informasiya agentliyi tərəfindən yayılan Azərbaycanın Ukrayna məsələsində Rusiyanı dəstəkləyəcəyi barəsində informasiyanı qəti şəkildə təkzib edib.

Oxu.Az haqqın.az-a istinadən xəbər verir ki, Mehman Qaibovun dediyinə görə, Oqtay Əsədov heç vaxt belə bəyanat verməyib.

“Biz qəti şəkildə bu informasiyanı təkzib edirik və bəyan edirik ki, Oqtay Əsədov belə bəyanat verməyib. Azərbaycanın Ukrayna məsələsinə dair münasibəti BMT TŞ və AŞPA-da səsvermə zamanı ortaya qoyulub. O.Əsədov Parlament spikeri kimi bu mövqeyi tutub. Hansısa qüvvələr GUAM ölkələri arasında iğtişaş yaratmaq istəyir, əsasən də Bakı və Kiyev arasında. Bir daha təkrarlayırıq ki, O.Əsədov heç vaxt belə bəyanat verməyib”, – o deyib.

www.oxu.az