Gürcüstanın regional inkişaf və infrastruktur naziri David Şavliaşvili Bakıya gəlir…
Gürcüstanın regional inkişaf və infrastruktur naziri David Şavliaşvili Bakıya gəlir.
Trend-in Regional İnkişaf və İnfrastruktur Nazirliyinə istinadən verdiyi məlumata görə, D.Şavliaşvili “Bakı-Tbilisi-Qars dəmiryolu xətti: tarixi Böyük İpək yolunun inkişafının yeni imkanları ” adlı beynəlxalq konfransda iştirak edəcək.
Nazir konfrans iştirakçılarına Gürcüstanın tranzit potensialından danışacaq. Konfransda bir neçə layihənin, o cümlədən Bakı-Tbilisi-Qars dəmiryolu layihəsinin təqdimatı olacaq.
Sabah Bakıda başlayacaq konfrans iki gün davam edəcək.
/trend/