Kənd sakinləri məscidin bərpasını tələb edirlər…
Kənd sakinləri məscidin bərpasını tələb edirlər.
Məscidin bərpasını tələb edən yerli sakinlərin, polisə itaət etməməsi səbəbindən saxlanıldığı Adigen rayonunda (Samsxe-Cavaxeti) vəziyyət getdikcə gərginləşir.
Oxu.Az Novosti Gruzii-yə istinadən xəbər verir ki, bu barədə gürcü KİV-i oktyabrın 23-də bildirib.
İnsident, islam tərəfdarları olan Moxe kənd sakinlərinin onilliklər boyu məscidin olduğu yerdə Mədəniyyət evinin tikilməsinə mane olmağa çalışdıqları zaman baş verib. DİN-in məlumatına görə 11 nəfər kiçik xuliqanlıq və polisin qanuni tələblərinə uymadıqları, üç nəfər isə polisə müqavimət göstərdikləri üçün həbs ediliblər.
Bundan başqa Moxe kəndinin və bir neçə qonşu kəndin sakinləri 14 nəfərin həbsinə etiraz olaraq uşaqlarını məktəbə yollamaqdan imtina ediblər.
Gürcüstanın baş naziri öz növbəsində bəyan edib ki, ölkənin bütün vətəndaşları dini etiqadlarından asılı olmayaraq qanun qarşısında bərabərdirlər. Onun sözlərinə görə müsəlmanların orada məscid, xristianların isə kilsə olması iddialarına son qoymaq üçün hökumət orada Mədəniyyət evinin tikilməsini qərara alıblar, belə ki, ötən əsrdə orada Mədəniyyət evi fəaliyyət göstərib.