Gürcüstanda “Qarabağ Təbliğat Turu” keçiriləcək

“Azad Qarabağ Uğrunda” Alyansın nümayəndə heyəti “Qarabağ Təbliğat Turu” çərçivəsində Gürcüstana yola düşüb…

 

“Azad Qarabağ Uğrunda” Alyansın nümayəndə heyəti “Qarabağ Təbliğat Turu” çərçivəsində Gürcüstana yola düşüb.

 

Qarabağ Azadlıq Təşkilatından (QAT) APA-ya verilən məlumata görə, üç gün çəkəcək səfər zamanı müxtəlif səviyyələrdə görüşlərin, dəyirmi masaların, müzakirələrin keçirilməsi nəzərdə tutulur. Səfərdə məqsəd yerli əhalinin Qarabağ həqiqətləri ilə bağlı məlumatlandırılması, Azərbaycanın haqq işinə ictimai dəstəyin gücləndirilməsi, qonşu ölkənin vətəndaş cəmiyyəti təşkilatları ilə əlaqələrin və əməkdaşlığın genişləndirilməsindən ibarətdir. Səfərin Tiflis, Marneuli, Qardabani və digər əraziləri əhatə edəcək. Nümayəndə heyətinə Alyansa üzv olan təşkilatların təmsilçiləri, o cümlədən QAT sədri Akif Nağı, Qarabağ Uğrunda İslami Müqavimət Hərəkatının sədri Rövşən Əhmədli, Milli Mədəniyyətin Təbliği Birliyinin sədri Jalə Cəfərova, Mina Qurbanlarına Dəstək Birliyinin sədri Məmmədhədən Həsənov, “Borçalı” cəmiyyətinin təmsilçisi İsrafil Bayramov, QAT sədrinin müavini Sərvər Musa, “Yeni Müsavat” qəzetinin əməkdaşı Elşad Paşasoy və digərləri daxildir. /Apa/